Maraqlı

Ananın ayağını öpmək Kəbənin astanasını öpmək kimidir

17 Yanvar 2019 21:10
0 Şərh     Baxış: 1 446
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quran-Kərim və hədislərimiz bəyan edir ki, Allahdan sonra gərək valideynlərinizə hörmət edib, onların ehtiramını saxlayasınız. Ananın məqamı xüsusilə daha yüksəkdir.

Hədislərimiz buyurur: "Behişt ananın ayağı altındadır". Bu hədis uşaq vaxtından indiyə qədər daima zehnimizə həkk olmuşdur. Ana öz övladını əvvəl canı və sonra südü ilə bəsləyər. O zaman ki, bu övlad böyüyər - ananın dayağı olar.

Milli.Az islam.az-a istinadən bildirir ki, Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "Hər kim anasının ayağını öpər, ona bənzəyər ki, Kəbənin astanasını öpmüşdür".

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Hər kim anasının alnından öpər, cəhənnəm atəşindən qorunmuş olar".

Bir gün bir kişi Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: "Mən ömür boyu çox günahlar etmişəm, mənim üçün tövbə yolu vardırmı?".

Həzrət (s) buyurur: "Atan və ya anan sağdırmı?".

Deyir: "Ancaq atam sağdır".

Həzrət (s) buyurur: "Atana hörmət və yaxşılıq et ki, Allah səni bağışlasın".

O zaman ki, həmin kişi gedir, Həzrət (s) buyurur: "Ey kaş, anası sağ olaydı".

Peyğəmbərimiz (s) başqa bir hədisdə buyurur: "Necə ki, peyğəmbərlərin (ə) ümmətləri barəsində etdikləri duaları qəbul olur, ataların övladları barəsində etdikləri dualar da qəbul olur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.