Maraqlı

Gökhan avtobusda qalır - FOTO

13 Yanvar 2019 14:10
0 Şərh     Baxış: 2 338
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Athena" qrupunun solisti Gökhan Özoğuz ötən gün benzindoldurma məntəqəsində media nümayəndələri tərəfindən görüntülənib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, qrupu ilə birlikdə gəldiyi məkanda ifaçı sualları da cavabsız qoymayıb. 

Ankaraya konsertə getdiyini deyən Özoğuz "Konsertlərimiz davam edir. Yeni albom hazırlığına başladıq. Bir tərəfdən də film gəlir. Ssenari yazılır. Gözəl iş olacaq" deyib. 

Ötən il yer aldığı "O səs Türkiyə"dəki yerini yeni mövsümdə Beyazıt Öztürkə verən Gökhan Murad Bozun "O səs indi qızıl dövrünü yaşayır" sözlərinə münasibət bildirib. "Murad onu deyəndə, oradakı alqışları deyib. Hər ilin özünəməxsus gözəlliyi var. Seda Sayan və Beyazıti yəqin üzməmək istəyiblər. Murad pis yox, yaxşı dostdur" deyib. 

Açıqlamadan sonra dostları ilə avtobusa gedən müğənni "Turnelərə gedəndə avtobusdan istifadə edirik. Evdən daha rahatdı. Bu ərəfədə avtobusda yaşayıram" söyləyib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.