Ayat namazı necə qılınır? - QAYDA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ayat namazı iki rəkətdir və hər bir rəkətdə bеş rüku və iki səcdə vardır. Şəri cəhətdən vacib olma səbəbləri aşağıdakılardır:
Günəş və ayın tutulması, hətta, bəzi hissəsi olsa da, zəlzələ və camaatın çoxunun qorxmasına səbəb olan hər bir hadisə, məsələn qara, qırmızı və sarı və ümumiyyətlə adi olmayan küləklər, şiddətli zülmət və qaranlıqlar, göy gurultusu, şimşək və ildırım, uçqun və dağıntı səsləri. Ay və gün tutulması istisna olmaqla qalan hadisələr əgər qorxuya səbəb olmazsa və ya çox az adamların qorxusuna səbəb olarsa, onda onlar ayat namazının vacib olmasına səbəb olmaz.
Namazın qılınma qaydası bu cürdür:
1. Niyyətdən sonra təkbir deyilir, tam şəkildə bir Həmd və surə oxunur, rükuya gedilir. Milli.Az maide.az-a istinadən bildirir ki, rükudan qalxdıqdan sonra yenidən bir tam Həmd və surə oxunur, yenə rükuya gedilir. Bu qayda ilə beş dəfə Həmd və surə oxunur, beş rüku yerinə yetirilir. Beşinci rükudan sonra iki dəfə səcdə edilir və ayağa qalxmaqla ikinci rəkətə başlanılır. İkinci rəkət də birinci rəkət kimi qılınır və səcdələrdən sonra təşəhhüd və salam oxunur.
2. Niyyət və təkbirdən sonra Həmd oxunur, surənin ayələri beş hissəyə bölünür. Birinci hissədən sonra rükuya gedilir və rükudan qalxdıqdan sonra ikinci hissə deyilir. İkinci hissə deyildikdən sonra ikinci dəfə rükuya gedilir. Beləcə surənin hər hissəsi oxunduqdan sonra bir rüku yerinə yetirilir. Məsələn, "Həmd"dən sonra "İxlas" surəsi oxunacaqsa, İxlas surəsi beş hissəyə bölünür: "Bismillahir rəhmanir rəhim", "Qul huvəllahu əhəd", "Əllahus-səməd" "Ləm yəlid və ləm yuləd", "və ləm yəkun ləhu kufuvən əhəd". Hər hissə deyildikdən sonra bir rüku yerinə yetirilir. Beşinci rükudan sonra iki dəfə səcdə edilir və ayağa qalxmaqla ikinci rəkətə başlanılır. İkinci rəkət də eyni qaydada qılınır, sonra təşəhhüd və salam oxunur.
Ayətullah Xameneinin fətvasına əsasən, (Bismillahir-rəhmanir-rəhim , surənin tərkib hissəsi olmadığından) ixlas surəsi bu qaydada beş yerə bölünməlidir: 1. "Bismillahir rəhmanir rəhim, Qul huvəllahu əhəd", 2. "Əllahus-səməd", 3. "Ləm yəlid", 4. "və ləm yuləd", 5. "və ləm yəkun ləhu kufuvən əhəd".
Ayat namazının bir rəkətini birinci, ikinci rəkətini o biri qayda ilə qılmaq olar.
Ayat namazı haqqında digər suallara buradan cavab tapa bilərsiz.
Qeyd edək ki, Günəş tutulması və Ay tutulması üçün qılınan ayat namazının vaxtı Günəşin, yaxud Ayın tutulmağa başlaması ilə başlayır və Günəş, yaxud Ay təbii vəziyyətinə qayıdanadək davam edir. Günəş, yaxud Ay tutulması başa çatdıqdan sonra namaz qəza olur və onu qəza ayat namazı niyyəti ilə qılmaq lazımdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"İlk övladımı düşündüm, çətin məqam idi"
-
“Real” Mbappeni SATIR
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
Pilot motosiklet yarışında ağır qəzaya düşdü - ANBAAN VİDEO
-
Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib
-
Oğluna 2 gün toy edəcək
-
Prezident WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib
-
"Barselona" yeni rekordla adını La Liqa tarixinə yazdırdı
-
Quterreş: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq
-
İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir
-
"Öpüşmə səhnələrinə görə anam neçə dəfə xəstəxanalıq oldu” - FOTO
-
Emin Əmrullayev Böyük Britaniyada təhsil alan Dövlət Proqramı tələbələri ilə görüşüb - FOTO
-
Prezident: Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır
-
Bakıya yenə güclü yağış yağacaq
-
İlham Əliyev: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük
-
Prezident: Biz qədim tariximizlə qürur hissi duyuruq
-
Səftər İsmayılov işdən çıxarıldı
-
İlham Əliyev: Bu gün Bakı öz tarixi simasını qoruyub saxlayır
-
Prezident İlham Əliyev: Şəhərsalma elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun üzərində işləyirik
-
Azərbaycan Prezidenti: Bu gün qlobal tədbiri təşkil etməklə biz şəhərsalmanın inkişafına böyük sadiqliyimizi nümayiş etdiririk
-
Prezident İlham Əliyev: Bakı həm qədimlik, həm də yenilik baxımından göstərir ki, biz tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq
-
Yermak azadlığa buraxıldı
-
Prezident İlham Əliyev: Ölkəmizə ilk dəfə səfər edən qonaqlar Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə daha yaxından tanış olacaqlar
-
Prezident İlham Əliyev: WUF13-də rekord sayda iştirakçıları qəbul edirik





