Cənnətin və Cəhənnəmin təbəqəlri və adları mövcuddur. Cənnətin adları
Ədn - "Onların Rəbbinin yanındakı mükafatı ağacları altından çaylar axan, içində əbədi qalacaqları Ədn cənnətidir". (əl-Beyyinə, 8).
Nəiym - "Məni Nəim cənnətlərini varislərindən et!" (əş-Şuəra, 85).
Xuld (Əbədiyyət) "De: "Bu yaxşıdır, yoxsa müttəqilərə bir mükafat və dönüş yeri olaraq vəd edilən Əbədiyyət cənnəti?" (əl-Furqan, 15).
Məva - "Məva cənnəti onun yanındadır". (ən-Nəcm 15).
Darus-Səlam (Əmin-amanlıq yurdu) - "Onları Rəbinin yanında əmin-amanlıq yurdu (Darus-Səlam) gözləyir". (əl-Ənam, 127).
Firdovs - "İman gətirib xeyirxah əməllər işləyənlərin məskəni isə Firdovs cənnəti olacaqdır". (əl-Kəhf, 107) və s.
Firdovs cənnəti Cənnətin ən üstün təbəqəsidir. Belə ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "...Allahdan (nə isə) dilədiyiniz zaman Firdovs cənnətini diləyin! Çünki Firdovs, Cənnətin tam ortası və ən yüksək mərtəbəsidir". (əl-Buxari, 2790).
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Kim Allah yolunda bir kişi və qadının ehtiyaclarını ödəyərsə, Cənnət qapılarından çağırılacaq: "Ey Allahın qulu, bu daha xeyirlidir!" Kim daha çox namaz qılanlardan idisə, (onu) namaz qapısından çağırarlar. Kim cihad əhli olubsa, (onu) cihad qapısından çağırarlar. Kim daha çox oruc tutanlardan idisə, (onu) Rəyyan qapısından çağırarlar. Kim sədəqə əhli olubsa, (onu) sədəqə qapısından çağırarlar". (əl-Buxari, 1764).
Milli.Az zikr.az-a istinadən bildirir ki, Cəhənnəm haqda Uca Allah buyurur: "Həqiqətən, Cəhənnəm onların hamısına vəd olunmuş yerdir. Onun yeddi qapısı vardır. Hər qapı üçün onlardan müəyyən bir dəstə təyin olunmuşdur". (əl-Hicr, 43-44).
Hutamə (odlanmış) - "Xeyr! O, mütləq Hütəməyə atılacaqdır. Sən haradan biləsən ki, Hütəmə nədir? Bu, Allahın qaladığı Oddur". (əl-Huməzə, 4-6).
Həviyə (uçurum) - "Kimin tərəziləri yüngül gələrsə, anası Haviyə olacaqdır. Sən haradan biləsən ki, o nədir? O, çox qızmar bir oddur!" (əl-Qariə, 8-11).
Nər (od) - "Kafir olub ayələrimizi yalan sayanlar isə Od sakinləridirlər Onlar orada əbədi qalacaqlar!" (əl-Bəqərə, 39).
Cəhim (Cəhənnəm) - "Cəhənnəm də azğınlara göstərilər". (əş-Şuəra, 91).
Səqər (alov) - "Onlar Cənnət bağlarında bir-birlərindən soruşacaqlar - günahkarlar barəsində. Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik". (əl-Mudəssir, 40-43).
Ləza (alovu şölənən od) - "Xeyr! Bu, alovu şölələnən Oddur". (əl-Məaric, 15) və s.
Həmçinin, Cəhənnəmin ən alt təbəqəsində münafiqlər olacaqlar.
Milli.Az
Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Cənnət və Cəhənnəmin adları?
9 Dekabr 2018 22:10
0 Şərh
Baxış: 9 583
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Restoran üsulu bulqur plovu necə hazırlanır?
-
Dünyada ilk: Qatarda kvant naviqasiya sistemi sınaqdan keçirildi - FOTO
-
Günün qoroskopu: Sirlərinizi bölüşərkən ehtiyatlı olun
-
Onlarla avtomobilə ziyan dəyib - Zərəri kim ödəməlidir? - VİDEO
-
Paltaryumada 40 dərəcə dövrü bitdi - Mütəxəssisdən xəbərdarlıq: "Geyimləri öldürür"
-
2 min illik mağaranı çörək ağacına çevirdi: Ayda 3 ton məhsul götürür - FOTO
XƏBƏR LENTİ
-
40 yaşdan yuxarı şəxslərdə böyrəklərin yükünü azaldan faydalı qidalar
-
"O, məni qocaldır"
-
"Qızıl top"un qalmaqallı qalibi hər gün şərab içir
-
Asqırmağı saxlamaq təhlükəlidir - Həkimdən xəbərdarlıq
-
Son görüşlərini belə xatırladı
-
İctimai internetdən istifadə baha başa gələ bilər - SƏBƏB
-
Türkiyə Dünya Çempionatına vəsiqə qazanıb
-
ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı zərbə qrupu göndərir
-
Restoran üsulu bulqur plovu necə hazırlanır?
-
Dünyada ilk: Qatarda kvant naviqasiya sistemi sınaqdan keçirildi - FOTO
-
Bu gündən küçədə elektron siqaret çəkənlər cərimələnəcək
-
Bu gündən elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağandır
-
Günün qoroskopu: Sirlərinizi bölüşərkən ehtiyatlı olun
-
Əraqçi: ABŞ-nin 15 bəndlik təklifinə cavab verməmişik
-
Gədəbəydə ağır qəza - xəsarət alanlar var
-
Sabah bu ərazilərdə işıq OLMAYACAQ - YENİLƏNİB
-
Onlarla avtomobilə ziyan dəyib - Zərəri kim ödəməlidir? - VİDEO
-
Paltaryumada 40 dərəcə dövrü bitdi - Mütəxəssisdən xəbərdarlıq: "Geyimləri öldürür"
-
2 min illik mağaranı çörək ağacına çevirdi: Ayda 3 ton məhsul götürür - FOTO
-
Bahar Candana 2 il 6 ay həbs cəzası verildi
-
Zaqatalada iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda hansı vaxtlarda və harada balıq tutmaq qadağandır?
-
Türkiyədə bir vaxtlar gəmiləri batırdığına inanılan yer - FOTO
-
Vəziyyət yalnız bu halda normallaşa bilər - Pezeşkian





