Maraqlı

Miqrantlar ABŞ sərhədinə axışır: ilk davalar başlanıb - VİDEO - FOTO

19 Noyabr 2018 12:10
0 Şərh     Baxış: 1 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Amerika və Mərkəzi Amerika ölkələrindən olan minlərlə miqrantın ABŞ-Meksika sərhədinə doğru yürüşü davam edir. Dünən yüzlərlə miqrant Mesikanın Tixuana şəhərinə çatıblar. Onlar Meksika ilə ABŞ-ı ayıran hündür hasarın yanında, Sakit Okeanın sahilində çadır şəhərciyi qurublar.

Milli.Az La Prensa Grafica-ya istinadən bildirir ki, Salvadordan ABŞ-a 200 nəfərlik növbəti miqrant karvanı yola düşüb.

Qvatemala və Meksika sərhədlərini keçəcək bu karvandakı miqrantların sayı yolda on dəfələrlə arta bilər.

Beləliklə, ABŞ-a doğru yola çıxan miqrant karvanlanının sayı 4-ə çatıb. Bu karvanlarda 7 mindən artıq miqrant var.

Tixuana şəhərindəki Kuahtek yolunda isə 150 yerli sakinin miqrant axınına qarşı nümayişi olub. Nümayişi "Miqrant karvanlarının xaosuna qarşı vətəndaş hərəkatı" təşkil edib.

Tixuana şəhərinin meri Xuan Manuel Qastelumun dediyinə görə, miqrantlar sosial və tibbi yardımlardan imtina edərək sahildəki çadır şəhərciyinə yollanıblar: "Bu adamlar spirtli ictimai yerlərdə spirtli içkilər içir, nəşə çəkir, yerli sakinləri narahat edirlər. Miqrant axını bölgədəki ağır kriminogen durumu daha da çətinləşdirə bilər. Gələnlər ya yerli bandalara qoşula bilərlər, ya da bandalarla qarşıdurma yaradarlar".

Qastelumun dediyinə görə, iki il əvvəl ABŞ-da sığınacaq almaq istəyən 3 min haitili Tixuanaya gəlmişdilər. Həmin adamların çoxu indi Tixuanada qalıblar.

ABŞ prezidenti Donald Tramp isə bu miqrantları ölkə ərazisinə buraxmaq niyyətində deyil.

Bu gün və sabah Tixunaya əlavə olaraq 2 mindən artıq miqrantın gəlişi gözlənilir.

Oneların hamısı ABŞ sərhədindən 4350 km aralıda, Hondurasdakı San-Pedro şəhərində oktyabrın 13-də başlanmış 5 min nəfərlik "miqrant karvanı"nın üzvləridir.

Karvandakılar, əsasən, Honduras, Salvador və Qvatemala vətəndaşlarıdır.

Miqrant karvanları, əslində, "xaç yürüşü" tipindədir: bu aksiya 5 il əvvəl "kəşf" olunub. İdeya yetərincə effektivdir: mütəşəkkil, çoxsaylı miqrant qrupuna meksikalı sərhədçilər və polislər sərt müdaxilə etmirlər. Bu karvanlara banditlər hücum etməyə qorxurlar. Üstəlik, miqrantların "xaç yürüşü" medianın daimi diqqətindədir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Miqrantlar ABŞ sərhədinə axışır: ilk davalar başlanıb

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.