Maraqlı

Windows sistemində təhlükəsiz mühit yaradılır

16 Avqust 2018 08:31
0 Şərh     Baxış: 728
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Windows 10" əməliyyat sistemində daxilində təhlükəli proqramların yoxlanılması mümkün olan təcrid olunmuş konteyner əlçatan olacaq. Proqram öz işini bitirən kimi virtual mühit məhv edilir ki, zərərli kod sistemə zərər vurmasın.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni "InPrivate Desktop" funksiyası erkən hazırlama mərhələsindədir və şirkətdə daxili sınaqdan keçirilir. Buna əsaslanaraq, yeni funksiya çətin ki, "Windows 10" sisteminin payıza nəzərdə tutulmuş növbəti böyük yeniləməsində tətbiq olunsun.
 
"InPrivate Desktop" funksiyası əməliyyat sisteminin virtuallaşdırma rejimi aktivləşdirilmiş korporativ versiyasının ("Windows 10 Enterprise") mövcudluğunu tələb edir. Proqramı "Windows" mağazasından yükləmək mümkün olacaq.
 
Qeyd edək ki, virtuallaşdırma texnologiyaları "Windows 10" platformasının təhlükəsizlik funksiyalarının əksəriyyətində tətbiq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.