Maraqlı

Fitrə zəkatının miqdarı nə qədərdir?

14 İyun 2018 20:15
2 Şərh     Baxış: 1 080

Fitrə zəkatının miqdarı həmin bölgədə daha çox istifadə edilən aşağıdakı ərzaq növlərinin birindən adambaşına ən azı 3 kq. olmaqla hesablanır: buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı. Bu ərzağın qiymətinə uyğun olan məbləğdə pul da verılə bilər (şafii məzhəbinə görə olmaz). Yalnız hənəfi məzhəbində fitrə zəkatının miqdarı buğda üçün adambaşına təqribən 1,5 kq. müəyyən edilib; qalan ərzaq növləri üçün ölçü 3 kq.-dır.

Milli.Az islam.az-a istinadən bildirir ki, göstərilən miqdar minimal həddir. İnsan öz maddi imkanından asılı olaraq, ya bu ərzaq növləri arasında daha bahalı olanını seçə bilər, ya da fitrə zəkatının miqdarını 3 kq.-dan çox götürə bilər.

Bazarda yeməli buğdanın 1 kq-nın qiymətinin təqribən 1 manat olduğunu nəzərə alsaq, o zaman Azərbaycanda fitrə zəkatının adam başına minimum 3 manat təşkil etdiyini demək olar. Imkanı olanlar göstərilən məbləğdən daha artığını da ödəyə bilərlər.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    !!!!!! · 14 İyun 21:3010

    bir manata bugda olar? Bugda otuz qirx qepikdir!

    Cavab yaz
  • Anonim
    konullu · 14 İyun 21:5710

    Men her neferimize gore bir manat verecem.gucum ona catir.ele hesablayirlar ki.ele bil dustur yazirlar...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.