Maraqlı

Yüzlərlə insan soyunub küçələrə çıxdılar - FOTO

12 Mart 2018 15:04
5 Şərh     Baxış: 4 148
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyanın San-Paulu şəhərində yüzlərlə insan aksiya keçirərək küçələri dolaşıblar.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, onlar ölkədə velosipedçilərin hüquqlarının müdafiə olunmadığına etiraz ediblər.

"Avtomobillərin sayı artırsa, biz niyə əziyyət çəkməliyik?", "Məhdudiyyətsiz trafik!", "Tələsməyiniz həyat alır!", "Vulqarlıq sizin bizə sayğınızın olmamasıdır!" və s. şüarlarla küçələrdə velosiped sürənlər arasında onlarla iştirakçı lüt soyunmuşdular.

Onlar bədənlərinə də şüarlar yazmışdılar.

Aksiya "World Naked Bike Ride"la birgə təşkil olunmuşdu.

San-Paulunun mərkəzindəki Paulista prospektində keçirilən aksiyada çılpaq velosipedçilər xüsusilə fəal olublar.

Ötən il şəhərdəki yol-nəqliyyat qəzalarında 37 velosipedçi həlak olub. Bu, 2016-cı illə müqayisədə 23 faiz çoxdur.

"İnrix" beynəlxalq konsaltinq şirkətinin son hesabatına görə, Los-Anceles, Moskva və Nyu-Yorkdan sonra San-paulu dünyada nəqliyyat trafikinin ən sıx olduğu şəhərdir.

Braziliyada hər il minlərlə velosipedçi qəzalarda həlak olur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.