Maraqlı

Qeyri-adi pilotsuz uçan aparat yaradılıb - VİDEO

24 Fevral 2018 07:51
0 Şərh     Baxış: 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanadanın "Cleo Robotics" şirkəti kompakt ölçüləri ilə seçilən və adi həvəskar kvadrokopterlərlə rəqabət apara biləcək qeyri-adi pilotsuz uçan aparat hazırlayıb. Qurğunun prototipi yanvarda "CES" sərgisində təqdim olunub.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Cleo" adlanan dron xarici görünüşünə görə ponçiki xatırladır və ölçüsünə görə onunla uyğunluq təşkil edir. Pilotsuz uçan aparatın dairəvi korpusunun daxilində istifadəçinin barmaqlarının toxunuşunda plastik barmaqlıqlarla mühafizə edilən iki propeller yerləşir,  quraşdırılmış batareya isə qurğunun prototipini 12-15 dəqiqə avtonom uçuşla təmin edir.
 
Məlumata görə, aparat "HD" formatlı videoçəkilişə imkan verən quraşdırılmış kamera ilə təchiz olunub, uçuşun idarə olunması üçün smartfon üçün mobil əlavədən istifadə edilir. Perspektivdə tərtibatçılar dronu maneələrlə toqquşmadan yayınma və binalar daxilində naviqasiya sistemləri ilə təchiz etməyi düşünürlər.
 
Pilotsuz uçan aparatın mümkün satışa çıxarılma müddəti barədə məlumat verilmir. Buna baxmayaraq qurğu yaradıcıları ümid edir ki, aparata təkcə həvəskarlar deyil, eyni zamanda təhlükəsizlik sahəsində fəaliyyət göstərən şirkətlər maraq göstərəcəklər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qeyri-adi pilotsuz uçan aparat yaradılıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.