Maraqlı

Süni intellekt zəlzələ aşkarlayır

22 Fevral 2018 08:05
0 Şərh     Baxış: 547
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Harvard Universiteti və Massaçusets Texnologiya İnstitutunun tədqiqatçılar qrupu zəlzələlərin qeydə alınması zamanı süni intellektdən istifadə üsulunu kəşf edib.  
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "ConvNetQuake" adlanan yeni süni intellekt sistemi zəlzələlərin aşkarlanması üçün hazırlanan ilk neyron şəbəkəsidir. Xüsusi alqoritm seysmoqramların qiymətləndirilməsi (torpaq dəyişikliyi qeydləri) vasitəsilə seysmik aktivliyin sadəcə "səs" və ya həqiqi zəlzələ olmasını müəyyənləşdirə bilir. Zəif zəlzələləri "səsə" görə qeydə almaq çətin olsa da, "ConvNetQuake" sisteminin belə fərqləndirməni edə bilməsi qeyd edilir.
 
Məlumata görə, tədqiqatçılar tərəfindən neyroşəbəkənin təlimi üçün Oklahomanın seysmoaktivlik məlumatlarından istifadə edilib. Məlum olub ki, sistem "Oklahoma Geological Survey" Dövlət Agentliyinin zəlzələlər kataloqunda göstərilən zəlzələlərdən 17 dəfə çox zəlzələ aşkarlayıb.
 
Lakin bununla yanaşı, qeyd olunur ki, "ConvNetQuake" sistemi digər metodları üstələməsinə baxmayaraq zəlzələləri proqnozlaşdıra bilmir və yalnız onları qeydə alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.