Maraqlı

Tənha yaşaya bilməyən peşə sahibləri - ilk sırada...

17 Noyabr 2017 02:30
0 Şərh     Baxış: 3 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Diş həkimləri daha çox başqa peşənin sahibləri ilə evlənirlər.

Milli.Az musavat.com-a istinadən bildirir ki, ən çox boşanan peşə sahibləri isə dekoratorlardır. Bu maraqlı faktları amerikalı sosioloqlar üzə çıxarıblar. 2010-cu ildə ABŞ-da dantistlərin 81%-i evləniblər və ya ərə gediblər. Bundan başqa, baş direktor vəzifələrində çalışan adamlar da tənha yaşaya bilmirlər. İstehsalat sahəsində çalışanlar, terapevtlər, ortopedlər, okulistlər və zəhmət adamları da evlənməyi arzu edirlər.

Ancaq bəzi peşə sahibləri var ki, onlar tənhalığa məhkumdurlar. Bunlara kinomexaniklər şamil edilir. Sosioloqlar ən çox boşanan peşə sahibləri haqda da söz açıblar. Sən demə, ən çox boşanan adamlar dekoratorlar, qazma qurğularının operatorları, tibb bacıları, sosial işçilər, malaçılar və hərbçilərdir. Onların nikahları uzun sürmür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.