Maraqlı

Aktyor iki rus qızla cinsi əlaqəyə girdi - Videosunu çəkib göstərdi - FOTO

15 Sentyabr 2017 13:23
1 Şərh     Baxış: 21 559
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şou dünyasının məşhur simaları zaman-zaman onlarla çalışan prodüser və ya köməkçiləri ilə aralarında yaranan konfliklər səsəbiylə məhkəməlik olurlar.

Kimisi təcavüzə məruz qaldığını deyir, kimi də pulunu ala bilmədiyini...

Ledi Qaqanın keçmiş prodüseri Cennifer O'Neill məşhur müğənninin maaşını vermədiyi üçün ona qarşı 225 min funt sterlinq dəyərində təzminat davası açıb, həm də pərdəarxası hadisələri açıqlayıb.

"Yalnız yatmağı sevmirdi və onunla çalışarkən özəl həyatım qalmamışdı" deyən O'Neill "Səfərlərə getdiyimizdə mən də digərləri kimi ayrı bir otaqda qala bilməzdim. Ayrı bir otaq istəyib, istəmədiyim məndən heç soruşulmazdı da. Onun yatağını paylaşmaqdan başqa çarəm yox idi" ifadələrini səsləndirib. O'Neill buna görə özəl həyatının bitdiyini qeyd edib.

Aksiyon filmlərinin ulduzu Steven Seaqal da iki il öncə məhkəməlik olmuşdu. Seaqalın o dönəmki 23 yaşlı meneceri Kayden Nquyen məşhur aktyorun ondan həftənin 7 günü, günün 24 saatı cinsi əlaqədə olmaq istədiyini iddia edib.

Nquyen aktyorun digər iki rus meneceri ilə cinsi əlaqədə olduğu zaman bu görüntüləri ona zorla izlətdirdiyini deyib.

Britni Spirsin keçmiş mühafizəçisi Fernando Flores də məşhur ulduzun ona təcavüz etdiyini iddia edib. Flores Spirsin qorxunc biri olduğunu söyləyərək "narkotik istifadə edirdi, təmizkar deyildi, üstəlik otağıma gəlib mənimlə zorla cinsi əlaqədə olurdu" ifadələrini işlədib.



Flores bu səbəbdən ulduz müğənniyə qarşı 10 milyon dollar dəyərində tazminat davası açmıdı.



Televiziya ulduzu Oprah Vinfreyi isə keçmiş işçisi məhkəməyə vermişdi.

Vinfreynin şəxsi təyyarəsində stüardessa kimi çalışan Korienne Qehrls məşhur aparıcının onu "təyyarədə pilotla cinsi əlaqədə oldu" iddiası ilə qovduğunu söyləyib. Korienne Qehrls Vinfreynin ona iftira atdığını bildirib. 

Məşhur aktyor Rob Loveun uşaqlarının keçmiş dayəsi aktyoru onu zorlamaqda günahlandırıb. Cessica Gibson aktyorun ona tez-tez təcavüz etdiyini deyib.

Loveun adı 1988-ci ildə də bir seks qalmaqalında hallandı. Aktyorun iki qadınla yaşadığı cinsi əlaqənin kaseti ortaya çıxmışdı. Qadınlardan birinin 16 yaşı olduğu məlum olunca Loveu məhkəməlik olmuşdu.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.