Qadınlar üçün vacib 10 KİTAB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az ann.az-a istinadən bildirir ki, qadınlar fərqli kitabları sevirlər - romantik, realist və fantastik, ruhun və gözəlliyin gücü haqqında hekayələr, ağlın və ürəyin qarşıdurmasından bəhs edən romanlar. Etiraf edək ki, onların heç də hamısı sevgi haqqında deyil. Amma vicdanlı davranaraq bildirək ki, bütün əsas dünya ədəbiyyatı məhz sevgi mövzusundan bəhrələnib.
Bir də, ona inanırıq ki, zamanında oxunmuş bir kitab insanın bütün həyatını dəyişməyə qadirdir.
Erix Mariya Remark: "Borc həyat"
Bu elə bir həyatdır ki, artıq itirməyə heç nə qalmayıb. Maşın oğrusu olan Klerf vərəm xəstələrinin yatdığı sanatoriyada müalicə alan ölümcül xəstə Lilianı qaçırdır. Çox az ömrü qaldığını bilən Lilian son günlərini qeyri-adi və şən keçirtmək istəyir... İnsanın içini parça-parça edib sonra yenidən bir yerə toparlayan bu hekayə bizə həyatı dəyərləndirməyi və ölümdən qorxmamağı öyrədir.
Joan Harris: "Şokalad"
Şokaladın qoxusu, dadlı karamel, təzə kətə və sirlərlər yoğrulmuş şirniyat romanı. Uzaq, karnaval havalı şəhərçik Lanskne-su-Tann iki göyçək insanı - ana və qızını - özünə çəkib gətirir. Onlar şəhərdə qənnadı hazırlanan yer açırlar və bununla şəhər sakinlərinin həyatını əbədi dəyişirlər. Bu gözəl kitab, hər bir qadında sehrli gücün olduğunu və ondan doğru-düzgün istifadə etməyin yollarını öyrədir.
Marqaret Etvud: "Qulluqçunun nağılı"
Marqaret Etvudun antiutopiyasında heyrətamiz bir dünya bütün çalarları ilə təsvir olunub. Həmin dünyada qadınların mülkiyyət hüququ yoxdur. Onlar nə işləyə, nə sevə, nə oxuya, nə də yaza bilərlər. Səhərlər qaçmaq, istirahətə getmək, axşam əyləncəsinə qatılmaq və ikinci dəfə evlənmək onlara qadağa olunub. Qadınlar ancaq və ancaq qulluqçu ola bilərlər. Bu romanı laqeyd qalaraq oxumaq mümkünsüzdür.
Nikolas Sparks: "İçimdəki ən yaxşı"
Nikolas Sparksın nəsri yumuşaq və işıqlı olduğundan onu oxumaq da əsl həzzdir. Orada hər yazılan təbii və həqiqi göründüyündən adam ona inanmaq istəyir. Hətta ən kiçik mistik məqamlar da bu mənzərəni korlaya bilmir. Bu kitabda, axşamı xoş əhvalda keçirtmək üçün hər şey var: ucqar şəhərçik, ayrılıq, intiriqa və ölümsüzlük arzulayan gözəl sevgi.
Anna Frank: "Sığınacaq. Məktublardakı gündəlik"
Anna Frank 1929-cu ildə anadan olub. Konslaqerdə vəfat edərkən onun cəmi 15 yaşı olub. Amsterdamda, ailəsi ilə birgə nasistlərdən gizlənərkən, yazmağa başladığı gündəliyi bütün dünyada Anna Frank adını məşhurlaşdırdı. Bu kimi kitabları mütləq oxumaq lazımdır. Çünki onlar bizə tarixin dəhşətli səhifələri haqqında danışır və bizi heç bir halda, heç bir şəraitdə təslim olmamağa səsləyir.
Jojo Moyes: "Səninlə tanış olana qədər"
Lu sakit, rahat, amma darıxdırıcı və monoton həyat sürən sadə bir qızdır. Uill isə əksinə, enerjili, tam sağlam və uğurlu biznesmendir. Günlərin birində isə hər şey dəyişir: Uill qəfil əlil arabasında oturmağa məhkum olur. Onun bütün həyat eşqi sönüb gedir. Lu isə ona qulluq edən tibb bacısına çevrilir. Bu iki ayrı-ayrı xarakterli adamların həyat hekayəsi göstərir ki, bizə aşılması mümkünsüz görünən çətinliklərin öhdəsindən gəlmək mümkündür.
Vladimir Nabokov: "Lolita"
Kəhanət romanı, qalmaqallar, konfliktlər kitabı olan "Lolita" okeyanın hər iki üzündə olan oxucuları sarsıtdığı kimi, sizdə də ziddiyətli hisslər doğuracaq. Kimlərsə bu kitabda hətta anatomik səviyyədə detallaşdırılmış günah görə bilər, kimlərsə elə ilk səhifədən onu nəfəs kəsən, ağır, insanın canına hopan bir roman hesab edərək sətirlərin son şirəsinə qədər "içəcək". Bu romanı "ilk baxışdan, son baxışdan, əbədi baxışdan aşiq olmağın" himni kimi də qəbul etmək olar.
Con Faulz: "Fransız leytinantın məşuqəsi"
Hər gün qara dona bürünmüş gənc qadın dənizin qırağında duraraq üfüqə baxır. Bir gün başqa bir qadınla evlənmək istəyən bir kişi onu görür və bundan sonra hər şey kəllə-məyallaq inkişaf edir. O, görəsən əvvəlcədən evliklik planlaşdırdığı qadınla nikaha girəcək, yoxsa hisslərinin ehtiyac duyduğu azadlığının ardınca gedəcək? Siz qərar verəcəksiniz. Sonluğu iki variantda yazan Faulz vicdanın fərdi bir seçim olduğunu göstərməyə çalışır.
Elis Manro: "Həyatdan daha qiymətli"
Nobel mükafatının qalibi olan Elis Manronun hekayələrinin əsas özəlliyi ondadır ki, siz həmin əsərlərin istənilən birində, öz həyatınızla bağlı çoxlu oxşarlıqlara rast gələ bilərsiniz. Onun qəhrəmanlarının mövcud olduğuna inanmamaq olmur. Manronun nəsrində ən ciddi silah onun öz personajlarını hiss edə bilmə bacarığıdır. Bu romanda da siz bunu dərhal hiss edəcəksiniz.
Yelizabet Qilbert: "Yemək, dua etmək və sevmək"
Bu kitab, həyat eşqini itirib onu yenidən qazanmağı bacaran müasir, uğurlu qadının avtobioqrafik janrda yazılmış hekayəsidir. Kitab onu oxuyan hər bir qadına onun həqiqətən nə istədiyini və nələri arzuladığını xatırladır. Bu kitab, azadlıq, xoşbəxtlik, həyatdan zövq almaq və daxili aləminlə sülh şəraitində yaşamağı öyrədir.
Milli.Az










DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Elşad Xose xanımı ilə - FOTO
-
"Turan Tovuz" avrokuboka vəsiqəni təmin edib
-
Bugünkü qəzada ölənlər hərbçilər imiş - FOTO
-
"Çelsi"ni sabiq futbolçusu çalışdıra bilər
-
Almaniya Putinin bu tələbini rədd etdi
-
Daha bir ölkədə hantavirusa yoluxma qeydə alındı
-
Antarktida sürətlə əriyir
-
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilandan video paylaşıb - VİDEO
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən görüntülər paylaşıb - FOTO
-
Pakistanda terror aktı nəticəsində 14 polis həlak olub
-
Kilian Mbappe oyunda oynamayacaq
-
Türk Mədəniyyəti və İrsi Fondu Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib - FOTO
-
Türk Mədəniyyəti və İrsi Fondu Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib - FOTO
-
Ukraynanın əhalisi 25 milyona düşüb
-
Qətər sahillərində gəmi vuruldu
-
Yasamalda evdə YANĞIN
-
Putin Kremldən Paşinyana xəbərdarlıq etdi
-
Bakı sakinlərinə ŞAD XƏBƏR
-
Prezident İlham Əliyev: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik
-
Prezident İlham Əliyev bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqlayıb
-
Prezident İlham Əliyev: Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq
-
Prezident İlham Əliyev: Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq
-
Prezident İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək





