Maraqlı

Televiziyanın ən yaxşıları seçildi - FOTO

26 Avqust 2014 10:14
0 Şərh     Baxış: 1 979
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dünən ABŞ-ın Los-Anceles şəhərində "Primetime Emmy Awards" mükafatının təqdimat mərasimi keçirilib.
 

"Nokia Theatre"da keçirilən mərasimdə "Oskar"ın televiziya analoqu sayılan mükafata iddialı olan ulduzlar qırmızı xalıdan keçiblər.

İlk "Emmy" 1949-cu ilin yanvarın 25-də Hollivuddakı idman klubunda verilmişdi.
 

Mükafat əlində atom tutmuş qanadlı qadın heykəlciyidir. Atom televiziyanı bir elm kimi, qanadlar isə incəsənət kimi səciyyələndirir.

Heykəlciyin müəllifi mühəndis Lui Makmanusdur. Model qismində xanımından yararlanan Makmanus heykəlciyi mis, nikel, gümüş və qızıl qarışığından hazırlamışdı.
 

Amerika Milli Televiziya Akademiyası (National Academy of Television Arts & Sciences) mükafatı 10 nominasiyada verir.

66-cı təqdimat mərasimində "Breaking Bad" teleserialı triumfator olub. Serial 5 nominasiyada, o cümlədən "Ən yaxşı dramatik teleserial" nominasiyasında qalib gəlib. Teleserialda kimyaçı "Uolter Uayt" rolunu oynamış aktyor Brayan Krenston "Ən yaxşı kişi rolu", Aaron PolHanna Qann isə "Ən yaxşı arxa plan aktyorları" nominasiyalarının qalibləridir.
 

"Breaking Bad" teleserialı "Ən yaxşı ssenari" nominasiyasının da qalibidir.
 

"Ən yaxşı rejissor işi" nominasiyasında Keri Fukunaqa ("True Detective"), "Ən yaxşı dramatik serial aktrisası"nda - Culianna Marqulis ("The Good Wife"), "Ən yaxşı komediya serialı" ("Modern Family"), "Ən yaxşı komediya aktyoru" ("The Big Bang Theory"), "Ən yaxşı aktrisa" ("Veep") qalib gəliblər.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.