Maraqlı

Bu əsər qadınların əxlaqını pozur

26 Avqust 2014 16:21
0 Şərh     Baxış: 2 626
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Britaniyalı yazar E.L.Ceymsin dünya miqyasında bestsellərə çevrilmiş "Bozun 50 çaları" romanı qadınlarda alkoqolizm riskini artırmaqla yanaşı, onların həzm sistemində fəsadların yaranmasına və əxlaqlarının pozulmasına səbəb ola bilər.
 

Milli.Az Journal of Women's Health-ə istinadən bildirir ki, ABŞ-dakı nüfuzlu Miçiqan Universitetinin alimlərinin gəldiyi qənaət belədir. Onlar 18-24 yaşlı 655 qadının cəlb olunduğu tədqiqata istinad edərək bildiriblər ki, romanın ilk hissəsini oxuyan qadınların 25 faizi onların üstünə qışqıran ər və sevgililərinə dözümlü yanaşıblar.
 

Üç romandan ibarət trilogiyanın hamısını oxuyan qadınların 65 faizi isə ayda ən azı 6 gün əyyaşlıq ediblər. Bundan başqa, respondentlərin 63 faizi həmin dövrdə 5 və daha artıq kişi ilə cinsi əlaqədə olublar.
 

Tədqiqata rəhbərlik etmiş professor Emi Boneminin dediyinə görə, "Bozun 50 çaları" qadınların psixikasına mənfi təsir edir.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.