Maraqlı

Ölüsü dirisindən çox pul qazanır - FOTO

5 İyul 2014 14:23
0 Şərh     Baxış: 1 550
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hansı məşhur ölümündən sonra nə qədər qazanır?

Biz jurnalistlərin bəxtinə başqalarının yeyib-içdiyini, qazandığını, dərdini-sevincini yazmaq düşüb. Bu dəfə də dünya məşhurlarının, daha dəqiq desək, mərhum məşhurların ölümlərindən sonra necə qazanmalarından danışacağıq. Ağlınız bizlərə getməsin, onların ölüsü də para edir, dirisi də. Özü də xəyalınıza gətirə bilməyəcəyiniz qədər çox para.

Maykl Cekson, Elvis Presli, Elizabet Teylor kimi Amerikanın simvoluna çevrilən şəxslərin öləndən sonra bank hesablarındakı rəqəmlər daha da artıb.

ONLARIN QƏBRİ MİLYONLARLA "OYNAYIR"

"Forbes" jurnalı öləndən sonra ən çox qazanan məşhurların siyahısını tərtib edib. Həmin siyahıya görə, məşhur pop müğənnisi Maykl Cekson ölümündən sonra, 2012-ci ildə əldə etdiyi 170 milyon dollarlıq gəliri ilə yaşayan sənətçilər arasında ən çox qazanan Madonnanı da geridə qoyub. Yaxşı, bəs Cekson kimi məşhur bir müğənninin illərdir dinlənilən albomları yenidən necə satılır, gəlir gətirir? Bunun bir neçə səbəbi var. Birincisi, Cekson da Betti Peyc, Cenni Rivera, Elvis Presli, Bob Marli kimi toplum üzərində çox böyük təsir gücünə malik bir sənətçi olub. Ona görə də insanların ölmüş bir ulduzun filmlərinə və ya mahnılarına hələ də pul vermək istəmələri təbii bir vəziyyətdir.
Dünyasını dəyişmiş bir çox sənətçinin disklərinin müəlliflik hüququ CMG Worldwide şirkətidir.

Cekson kimi ulduzların ölümlərindən sonra da qazanmağa davam etmələrinin daha bir səbəbi isə onların ancaq öz sənətləri ilə gündəmdə olmasıdır. Yəni, dinləyici qalmaqalsız və dedi-qodularsız, bir sənətçinin ancaq sənəti ilə maraqlanır.

Bu şəxslər təkcə keçmiş disklərinin yenidən bazara çıxarılmasından qazanmır. Onlar şəxsi əşya, geyim, bəzək əşyalarının satışından da xeyli gəlir əldə edir. Siyahıya diqqət edək. "Ən çox qazanan ölü məşhurlar' siyahısıda birinci yerə son bir illik qazancı 770 milyon dollar olan Maykl Cekson sahib çıxıb. Ceksonu 55 milyon dollar ilə Elvis Presli, 37 milyon dolarla da karikaturist Çarlz Şulz izləyib.

Siyahı aşağıdakı şəkildə davam edir.

4. Amerikalı sənətçi Elizabet Teylor - 25 milyon dollar
5. Bob Marley - 18 milyon dollar.
6. Merlin Monro  - 15 milyon dollar
7. Con Lennon -12 milyon dollar
8. Albert Eynşteyn - 10 milyon dollar

ÖLÜLƏRİN PULUNU YEYƏN DİRİLƏR

Sual oluna bilər ki, bu böyük paralar kimin cibinə gedir? Siyahıda Motsart və Şekspir kimi məşhurların olmamasına diqqət edən oxucular anlaya bilər ki, siyahıya düşmək üçün həmin məşhurun bir varisi olmalıdır. Necə deyərlər, bu ölü məşhurlar pulu xərcləmirsə, onların əvəzində bu işi kim edir?

Elvis Preslinin illik qazancı iş adamı Robert Sillermana gedir. Məşhur sənətçi 1977-ci ilin 16 avqust tarixində dünyasını dəyişib. Daha sonra qurulan Elvis Presli Enterprises adlı şirkət qızı Lisa Marie Presli tərəfindən Robert Sillermana satılıb. Elvisin keçmişdə yaşadığı Gracelandda keçirilən turların, orada satılan əşyaların gəliri birbaşa Sillermana çatır. Sillerman dünyada Elvisin imicinin istifadə edildiyi hər ticari maldan pay alır.
Əksər məşhurların ölümündən sonra qazandığı pullar onun ailə üzvlərinə, nəvələrinə çatır. Bu da sırf varislik hüququndan vaxtında və düzgün şəkildə yararlanmaqdan gedir. Amma bu məsələdə bəzi istisnalar var.

Məsələn, məşhur fizik Albert Eynşteynin illik qazancı Qüdsdəki İbrani Universitetinin hesabına köçürülür. 1955-ci ilin 18 aprelində dünyasını dəyişən alim bütün varidatını sözügedən universitetə miras verib. Reklamçıların istifadə etdiyi imic şəkillərini saran Corbis şirkəti hesab edir ki, dünyada ən çox tələbat Eynşteynin saçları dağınıq olan fotosunadır.

Və ya Endi Varhol adlı pop art sənətçisinin illik 19 milyon dollarlıq gəlir Endi Varhol Sənət Vəqfinə köçürülür.


Sarışın aktrisa Merilin Monronun illik qazancı isə onun müəllimi Lee Strasberqin həyat yoldaşı Anne Strasberqin hesabına köçürülür. M.Monro 1962-ci ilin 5 avqustunda intihar edib. Həmin vaxt bankdakı 92 min 781 dolları ögey bacısı və anasına, bütün əşyalarını isə ona aktrisalıq dərsi verən, son illərdə onun üzərində böyük psixoloji gücə malik olan Lee Strasberqə vəsiyyət edib. Lee Strasberq öləndən sonra miras onun həyat yoldaşı Anne Strasberqə qalıb. Merilin Monronun bütün işlərini hazırda CMG Worldwide adlı müəlliflik hüququ şirkəti həyata keçirir.

"Yeni Müsavat"

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.