Maraqlı

Ən gözəl qadından "işarəli" FOTOlar

5 İyul 2014 12:09
0 Şərh     Baxış: 2 604
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dünyanın ən məşhur supermodellərindən biri, avstraliyalı Miranda Kerr İnstagram-dakı profilində yarıçılpaq fotosunu yayıb.
 

Milli.Az TMZ-yə istinadən bildirir ki, 31 yaşlı Miranda qurşaqdan yuxarı çılpaq vəziyyətdə foto çəkdirərək onu "4 İyul bayramınız mübarək!" yazısı ilə paylaşıb.

4 İyul bayramı ABŞ-ın Milli Müstəqillik Günüdür.
 

Daha sonra Miranda İnstagram-da yeni fotolarını paylaşıb.
 

"Ən gözəl qadın" tituluna malik Mirandanın fotolarından birində onun qolunda Swarovski qaşlı saat vardı. M.Kerr bu minvalla yeni reklam kampaniyasına qatıldığına işarə vurub.
 

Digər fotoda isə o, W Magazine-in redaktoru Edvard Eninfulla birlikdədir.
 

2013-cü ildə Victoria `s Secret brendini tərk edəndən sonra karyerasında bir müddət fasilə yaranan Miranda Kerr indi yenə aktiv çalışır.

Onun Vogue, Harper` s Bazaar, Elle, Swarovski, H&M, Wonderbra və Reebok-la reklam anlaşmaları var.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.