Maraqlı

Eurovision-2014-də qalmaqal - VİDEO

21 Aprel 2014 13:13
0 Şərh     Baxış: 2 369
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Eurovision-2014 mahnı müsabiqəsində Rusiyanı təmsil edəcək Anastasiya Mariya Tolmaçova bacılarının ifa etdikləri "Shine" ("Parıltı") mahnısı ilə bağlı qalmaqal yaranıb.
 

Milli.Az Wiwibloggs-a istinadən bildirir ki, londonlu jurnalist Uilyam Li Adams bu mahnıda Rusiyanın Krımı ələ keçirməsinə işarəni aşkarlayıb.

"Mahnıda rus qızların Krım barədə oxuduqları sətir var. Belə ki, ikinci bənddəki "Living on the edge, closer to the crime - cross the line a step at a time" sözlərində "the crime" ifadəsi "cinayət" kimi yox, "Crimea", yəni Krım kimi tələffüz olunur. Aşkar görünür ki, mahnı Rusiyadan Krıma ünvanlanan pərdələnmiş sevgi etirafıdır", - Uilyam Li Adams yazıb.
 

Londonlu jurnalisti Britaniya və Qərbi Avropa mediası, habelə on minlərlə oxucu dəstəkləyib. Onlar Rusiyanın Eurovision-2014-dən kənarlaşdırılmasını tələb edirlər.
 

Eurovision-2014-ün təşkilat komitəsi iddiaları əsassız sayıb.
 

Tolmaçova bacıları isə bildiriblər ki, belə mənasız iradlara fikir vermək niyyətində deyillər: "Mayın 6-da Kopenhagendə keçiriləcək ilk yarımfinala hazırlaşırıq".
 

Eurovision-2014 6-10 may günlərində Danimarkanın Kopenhagen şəhərində keçiriləcək.
 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.