Maraqlı

Tumançaq ər ölmək istədi, arvadı qoymadı - VİDEO - FOTO

2 Avqust 2013 11:41
0 Şərh     Baxış: 2 976
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çində özünü öldürmək istəyən ərə arvadı mane olub.

Hadisə Çinin şimalındakı Szilin vilayətində, Çançun şəhərində baş verib.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, 45 yaşlı Van Li səhər saatlarında yuxudan durub, eyvana çıxıb və özünü ataraq intihar etmək istəyib.

Bunu Van Linin arvadı Linq Su görüb, dərhal qaçaraq ərinin tumanından yapışıb və kişini aşağı düşməyə qoymayıb.

Linq ərini 20 dəqiqə, polislər və yanğınsöndürənlər gələnədək saxlaya bilib.

Maraqlıdır ki, Linq ərini bir əllə tutub saxlamışdı.

Xilasedicilər də hadisə yerinə gələndən sonra Van Lini xilas ediblər.

Polisdən verilən məlumata görə, aylardan bəri işsiz olan Van Li depressiyaya qapılaraq intihar etmək istəyib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.









Fotolar: AsiaOne
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.