Maraqlı

Qadını ağcaqanad dişlədi, iflic oldu - FOTO

6 İyun 2013 10:58
0 Şərh     Baxış: 588
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
O, Avstraliyaya turist səfərinə, istirahətə yollanmışdı. İstirahət əsnasında ağcaqanadın dişlədiyi Nataşa iflic olub.

Milli.Az Mail Online-a istinadən bildirir ki, Nataşa istirahətinin faciəyə çevriləcəyini ağlına belə, gətirə bilməzdi.

"Melburnda olanda səhərlərdən birində bədənimdə kiçik şiş vardı. Ağcaqanad dişləmişdi. Fəqət, buna fikir vermədim və istirahətə davam etdim", - Nataşa deyir.

Fəqət bir qədər sonra qızın vəziyyəti pisləşib.
O, əvvəlcə sağ əlindəki şəhadət barmağının "quruduğunu" hiss edib. Bir qədər sonra isə sağ əli ümumiyyətlə hissiyatını itirib və hərəkətsiz qalıb.

"Daha sonra iki əlimi qaldıra bilməyəndə təlaşa düşdüm. Xəstəxanaya yollandım. Amma həkimlər qollarım və ayaqlarımın iflic olmasının səbəblərini aşkarlaya bilmədilər", - Nataşa Potter bildirib.

Bir qədər də keçib, Nataşa ümumiyyətlə, vücudunu tərpədə bilmədiyini anlayıb.
Britaniyaya, vətəninə qayıdandan sonra təkrar müayinə olunan Nataşanın sözlərinə görə, həkimlər onun bədəninin iflicə məruz qalmasının səbəbinin Qiyen-Barr sindromu olduğunu deyirlər.

Bu sindrom orqanizmdə simmetrik əzələ zəifliyi yaradır. Xəstəliyin daşıyıcısı isə adi ağcaqanaddır.

Həkimlər Nataşaya demişdilər ki, ağır xəstəlik onu öldürə bilər. Lakin 4 aylıq intensiv müalicədən sonra Nataşa Potterin həyatı qismən normallaşmağa başladı.

"İndi yenilən həyata qayıdıram, hərəkət etməyə başlayıram. Ayaqlarımı hərəkət etdirməyə başlayan kimi Everest dağına yürüş etmək niyyətindəyəm", - Nataşa Potter söyləyib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

















Fotolar: Mail Online
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.