Bütün heyəti qəribə şəkildə ölən "ruh gəmisi" - İllərdir bu dəhşətli hadisə sirr olaraq qalır - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
1947-ci ilin iyun ayında Hollandiya bayrağı altında üzən kargo gəmisi "SS Ourang Medan" Malayziya sahillərindən keçərkən bir S.O.S siqnalı göndərdi.
Mors alfabesi ilə göndərilən bu mesaj dəhşətli idi.
Milli.Az xarici mənbələrə istinadən xəbər verir ki, mesajda belə deyildi: "Kaptan daxil, hər kəs öldü, mən də ölürəm".
Tarixin tozlu səhifələrində bir sirr olaraq qalacaq bu hadisənin başlanğıcı belə oldu. Hadisəni daha da sirli və qorxunc edən başqa detallara da rast gəlinirdi.
Siqnalı ilk alan "Silver Star" adlı gəmi oldu. Xilasetmə komandası daşıyan gəmi, "SS Ourang Medan"a 50 mil məsafədə idi. Siqnalı alır-almaz, rotasını hadisə yerinə çevirən "Silver Star"ın kapitanı ora çatanda isə gördükləri qarşısında dəhşətə gəldi.
Kapitan yaxınlaşdıqları zaman gəmidən heç bir səs gəlməməsi və hərəkət olmaması görərək, göyərtəyə çıxmağa qərar verdi. Kapitan heyəti ilə birlikdə gəminin içərisinə daxil olduğunda isə həyatları boyunca unutmayacaqları bir mənzərə ilə qarşılaşdılar.
"SS Ourang Medan"ın bütün heyyəti və kapitanı gəminin fərqli yerlərində, gözləri açıq, üzlərində şok ifadəsi ilə yatmışdı, hamısı ölmüşdü. Xaricdən görünən ölümcül yaralarının olmaması hadisəni daha da qəribə etdi.
Siqnalı göndərən şəxs isə, üzündə eyni qorxu ifadəsi ilə olduğu yerdə ölmüşdü. Onun barmağı hələ də siqnal düyməsinin üstündə dayanırdı. Başqa bir iddiaya görə, o gün hava istiliyi 43 dərəcə olmasına baxmayaraq, "SS Ourang Medan" çox soyuq idi. "Silver Star" heyyəti gəminin çox sərin olduğunu deyirdi.
Gəmini araşdırmaq üçün limana çəkmək istəyən kapitan hazırlıqları edərkən, "SS Ourang Medan"dan güclü bir tüstü qalxmağa başladı. O, dərhal heyyəti təxliyə etdi. Bir neçə dəqiqə sonra gəmidə güclü partlayış baş verdi. Partlayışdan sonra gəmi tamamilə suya batdı Batmış gəmi, geridə bir çox sual işarəsi buraxdı.
Hadisədən illər sonra, 1954-cü ildə gəminin daşıdığı yük və heyyəti barədə detalları yazan kiçik bir dəftər tapıldı. Dəftərdə yazılanlara görə gəmi kimyəvi maddələr daşıyırdı. Bir şəkildə bu kimyəvi maddənin sızması nəticəsində heyyətin zəhərlənərək öldüyü və partlamanın da buna görə baş verdiyi düşünülür.
Bəs amma necə olur ki, onların üzlərində eyni şok ifadəsi var idi? Üstəlik, CIA-nin 6 il əvvəl açdığı hesabatlarda da heyyətin cəsədlərinin qorxu ifadəsi ilə kaskatı kesilmiş şəkildə tapıldığı yazılırdı.
İllər keçsə də, "SS Ourang Medan" hadisəsi hələ də sirrini qoruyur.
Xəyal Abdullayev
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Neftçi" Premyer Liqada növbəti qələbəsini qazanıb
-
"Qızım bizi sevindirdi"
-
Dünyanın ən sağlam ədviyyatı seçildi - Zəncəfil deyil
-
İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
"8 ildir nəvələrimə mən baxıram"
-
Azərbaycan cüdoçuları Avropa Kubokunda 9 medal qazanıblar
-
Elşad Xose xanımı ilə - FOTO
-
"Turan Tovuz" avrokuboka vəsiqəni təmin edib
-
Bugünkü qəzada ölənlər hərbçilər imiş - FOTO
-
"Çelsi"ni sabiq futbolçusu çalışdıra bilər
-
Almaniya Putinin bu tələbini rədd etdi
-
Daha bir ölkədə hantavirusa yoluxma qeydə alındı
-
Antarktida sürətlə əriyir
-
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilandan video paylaşıb - VİDEO
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən görüntülər paylaşıb - FOTO
-
Pakistanda terror aktı nəticəsində 14 polis həlak olub
-
Kilian Mbappe oyunda oynamayacaq
-
Türk Mədəniyyəti və İrsi Fondu Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib - FOTO
-
Türk Mədəniyyəti və İrsi Fondu Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib - FOTO
-
Ukraynanın əhalisi 25 milyona düşüb
-
Qətər sahillərində gəmi vuruldu
-
Yasamalda evdə YANĞIN
-
Putin Kremldən Paşinyana xəbərdarlıq etdi





