Maraqlı

Yaşı tamam olsa da pensiya almayan şəxslər nə etməlidir?

2 May 2024 16:58
Baxış: 1 083
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az bildirir ki, lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu pensiyanın verilməsi ilə bağlıdır.

Maraqlıdır, görəsən, yaşı tamam olmasına baxmayaraq, avtomatik (proaktiv rejimdə) pensiya təyinatı aparılmadığı təqdirdə şəxslər nə etməlidirlər?

Lent.az xəbər verir ki, əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra əgər avtomatik (proaktiv rejimdə) pensiya təyinatı aparılmamışdırsa, yaşayış yeri üzrə, istənilən vaxt əmək pensiyasının təyin olunması üçün Dövlət Sosial Müdafiə Fondunun yerli struktur bölmələrinə və DOST mərkəzlərinə müraciət edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.