Maraqlı

"YouTube"da ən çox baxış rekordu: Castin Biberi üstələdilər

2 May 2024 19:46
Baxış: 422
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən ilin aprelində məlum olub ki, Cənubi Koreyanın "BlackPink" pop qrupunun "YouTube"dakı kanalı musiqi qrupları arasında ən çox baxılan kanal olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu hadisə qızların Ginnesin Rekordlar Kitabına düşməsinə imkan verib.

10 aprel 2024-cü il tarixinə qrupun kanalında video baxışlarının sayı 30 milyardı ötüb. "BlackPink" qrupunun üzvləri kanadalı müğənni Castin Biberi belə üstələyiblər.

Xatırladaq ki, Cənubi Koreyalı ifaçıların kanalı 2016-cı ilin iyununda yaradılıb. Bu günə kimi onun abunəçilərinin sayı 93,6 milyon nəfərdir. Qeyd edək ki, BlackPink 21-ci dəfə Ginnesin Rekordlar Kitabına düşüb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.