Maraqlı

Qəddarlığı ilə seçilən nasist həkimlər və dəhşətli təcrübələri - FOTOlar

3 Dekabr 2023 06:45
Baxış: 1 116
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nasist rejimi dövründə insanlığa qarşı cinayətlər törətmiş və əməlləri az qala unudulmuş qəddar nasist həkimlər olub.

 

Milli.Az sfera.az-a istinadənxüsusi qəddarlığı ilə seçilən nasist həkimlər və onların amansız təcrübələrindən bəzilərini təqdim edir.

 

Herta Oberheuser

 

Ravensbruck toplama düşərgəsində həkim olan Oberheuser xüsusilə qadınlar və uşaqlar üzərində apardığı vəhşi təcrübələrlə yadda qalan bir addır. Bu təcrübələrdə həkim öz qurbanlarını qəsdən yaralayıb və bu yaraların yoluxdurulmasına şərait yaradıb olub, sonra isə bu insanların ağrı içində yaşamasını seyr edib. Onların ölümünün qaçılmaz olduğuna qərar verdikdə, qanına benzin və yağ kimi yad maddələr vuraraq ağrılı şəkildə ölməsinə səbəb olub. Ölülərdən də əl çəkməyən bu vəhşi məxluq cəsədləri parçalayaraq təcrübələrində istifadə etməyə davam edirdi. Bu qatil II Dünya Müharibəsindən sonra 20 il həbs cəzasına məhkum edilsə də, 1952-ci ildə nümunəvi davranışına görə azadlığa buraxılıb.

 

Fridrix Mauz

 

1930-cu illərdən əvvəl peşəkar psixiatr olan Mauz, nasist rejiminin gəlişi ilə siyasətdən kənar bir insan olduğunu söyləməyə cəsarət edərək, nasist vəhşiliklərindən kənarda qalmağı bacardı. Daha sonra, o dövrdə psixoterapiyanın o qədər də populyar olmamasına görə təcrübəsini dəyişən və nasist maraqlarına xidmət etməyə başlayan həkim "böyüklər üçün evtanaziya mütəxəssisi" adını aldı. O, nasistlərin yaşamağa layiq görmədiyi insanları öldürdüyü proqrama qatıldı. Nəticədə minlərlə insanın ölümünə səbəb olmuş, soyqırım tarixində öz "izini" qoymuşdur.

 

Hans Eisele

 

Eisele çox mehriban bir insan idi və müharibə zamanı xidmət etdiyi Zaksenhauzen düşərgəsindəki insanlar tərəfindən "mələk" ləqəbi ilə tanınan bir insan idi. Amma sırf bu səbəbə görə onun yerini dəyişib, Buxenvald düşərgəsinə həkim təyin etdikdə, Eisele sözün əsl mənasında canavara çevrildi. O, ən sadiq kommunistlərin toplandığı bu düşərgədə həkim işləyərkən sianid vuraraq çoxlu sayda insanın ölümünə səbəb olub, onlar üzərində amansız əməliyyatlar edib. Müharibədən sonra həkim əvvəlcə ölümə, sonra ömürlük həbsə, nəhayət, 10 il müddətinə azadlıqdan məhrum edilsə də, 1952-ci ildə nümunəvi davranışına görə azadlığa buraxılıb. Nə qədər kədərlidir: minlərlə insanın vəhşicəsinə ölümünə səbəb olub, daha sonra yaxşı davranışa görə azad edilmək.

 

Klaus Şillinq

 

II Dünya Müharibəsindən əvvəl tropik xəstəliklər üzrə mütəxəssis olan və müharibə zamanı həbs düşərgələrində işləməyə dəvət olunan Şillinq bu dövrdə Polşa keşişləri üzərində təcrübələr aparmağa başlayıb. Əsirləri sistemli şəkildə xaricdən gətirilən ağcaqanadlarla yoluxduran həkim, bütün bu vəhşiliyə baxmayaraq, təcrübələrinin bəşəriyyətin xeyrinə olduğunu iddia edib. Müharibədən sonra mühakimə olunan 74 yaşlı həkim ölüm hökmündən sonra dünyasını dəyişib.

 

Hubertus Strugold

 

Bir vaxtlar "kosmos təbabətinin atası" adlandırılan Strugold müharibə zamanı nasistlərin apardığı az tanınan Dachau təcrübələrində məsləhətçi kimi xidmət edib. Bu təcrübələr düşərgələrdə qalan insanların buzlu sularda yerləşdirilməsi və həddindən artıq soyuq mühitlərdə kilidlənməsini əhatə edirdi. Dachau təcrübələri çox vaxt ölümlə nəticələnirdi. Təcrübələrini uşaqlar üzərində də həyata keçirən Strugold bütün bunların elm üçün olduğunu iddia edirdi.

 

Enno Lolling

 

Konsentrasiya düşərgələrində baş verən qeyri-insani rəftarlarda birbaşa iştirak etməsə də, bu eksperimentləri həyata keçirən insanların yanında duranlar da günahkar sayılır. Lolling məhz bu tip insanlardan biri idi. Lollinq düşərgələrdə həkim kimi vəzifəsi məhbusların şəraitini yaxşılaşdırmaq olsa da, o, bütün vəhşiliklərdə sadəcə tamaşaçı kimi qaldı və 1945-ci ildə intihar edərək öldü.

 

Yoahim Mruqovski

 

Konsentrasiya düşərgələrində "gigiyenist" olaraq tanınan Mruqovski, adından da göründüyü kimi, daha çox irqi təmizləmə üzərində işləyən və yaşamaq hüququ olmadığı düşünülən məhbusların edamında iştirak edən bir həkim idi. İnsanlara sianid turşusu verərək ölümünə səbəb olan Mruqovski müharibədən sonra ölümə məhkum edilmiş və 1948-ci ildə edam edilmişdir.

 

Albert Widmann

 

Nasistlərin ilk evtanaziya proqramlarının güclü simalarından biri olan Widmann, təcrübələrində bəzi qaz və kimyəvi maddələri insanlar üzərində sınaqdan keçirən, minlərlə insanın ölümünə səbəb olan bir həkim idi. Bundan əlavə, o, uşaqlar üçün evtanaziya proqramlarında iştirak edib və uşaqlar üzərində öldürücü maddələr sınaqdan keçirib. Bu caninin təcrübələri bununla da məhdudlaşmayıb. O, partlayıcı maddələrlə də təcrübələr aparıb və ölənlərin sayı ilə partlayıcının gücünü sınaqdan keçirib. Bütün bunlara baxmayaraq, Widmann layiq olduğundan qat-qat az cəza aldı. O, cəmi 6 il həbsxanada yatdıqdan sonra azadlığa buraxıldı.

 

Fridrix Vegener

 

Müharibə zamanı həkimlərin əksəriyyəti ilk növbədə lisenziyasını itirmək qorxusundan nasist təcrübələrinə qoşulurdu. Lakin Vegener onlardan deyil. O, tam nasist fanatı idi və təcrübələrdə könüllü iştirak etmişdi. Faşistlərə xidmətdə olduğu illər zamanla unudulduğu üçün Vegener müharibədən sonra mükafat da qazanıb. Bir xəstəliyə onun adı verildi və 1990-cı ildə təbii səbəblərdən dünyasını dəyişdi. Bu gün onun müxtəlif nasist eksperimentlərində iştirak etdiyi məlum olsa da, hansı konkret addımlarda iştirak etdiyi sirr olaraq qalır.

 

Eugen Fischer

 

Nasistlərin təcrübələrində ən böyük iz buraxan ad Fişerdir. 1904-cü ildə əsir düşərgələrinin qurulmasında böyük rol oynayan həkim "aşağı irqlər" anlayışını yaradan adlardan biridir. Əsərləri ilə Hitlerin heyranlığını oyatmış Fişer, nəzəriyyələrini inkişaf etdirmək üçün dövlət dəstəyi almış və uzun illər irqlə bağlı araşdırmalarını davam etdirmişdir.

 

1942-ci ildə təqaüdə çıxan həkim 1967-ci ildə 93 yaşında ölüb.

 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.