Maraqlı

“Cadugər” dünyasının yemək reseptlərindən ibarət kitab satışa çıxarıldı - FOTOlar

24 Noyabr 2023 20:35
Baxış: 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur "Cadugər" ("The Witcher") fentezi-dram serialı əsasında hazırlanmış yemək kitabı satışa çıxarılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "The Witcher Official Cookbook" adlı kitabda illüstrasiyalarla 80 ətraflı resept təqdim olunub. Bu reseptlərin hamısı "Cadugər" dünyasının coğrafiyasına görə sıralanıb. Noviqraddan, Skellige adalarından yeməklər, eləcə də romanlardakı personajlardan reseptlər var, məsələn, Lambertin köftəsi.

Kitabda müəyyən bölgənin kulinariya həyatı haqqında kiçik qeydlər də yer alıb.

Kitab ingilis dilində nəşr olunub və qiyməti 35 avrodur (təqribən 64 manat).

Bundan başqa witcherkitchen.com saytında kolleksiya müəlliflərinin 19 resepti pulsuz dərc edilib.

Qeyd edək ki, "Netflix" şirkətinin sifarişi ilə Andjey Sapkovskinin romanları əsasında çəkilən serial 2019-cu ildə yayımlanıb. Filmin süjetinə əsasən cadugər riviyalı Geralt bədheybətlər və qəddar insanlarla dolu dünyada öz yerini axtarır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.