Maraqlı

Napoleonun papağı hərracda 1,9 milyon avroya satıldı

20 Noyabr 2023 18:30
Baxış: 749
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fransa imperatoru Napoleon Bonaparta məxsus keçə papaq Parisdə hərraca çıxarılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, imperatorun papağı noyabrın 19-da "Osenat" satış evində 1,932 milyon avroya satılıb. Satış evinin məlumatına görə, papaq hərracdan əvvəl 600-800 min avro dəyərində qiymətləndirilirdi.

On beş illik hakimiyyəti dövründə Napoleonun xarakterik formaya malik 120-yə yaxın papağı olub. Hərracda alıcılara imperatorun saçı və dəsmalı, Müqəddəs Yelena adasında taxdığı əlcəklər və geyindiyi köynək də təklif edilib.

Milli.Az 
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.