Maraqlı

Sürücü sükan arxasında neçə saat əyləşə bilər? - CAVAB

6 Avqust 2023 20:50
Baxış: 3 778
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az bildirir ki, lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti mövzu sürücülərin sükan arxasında keçirdiyi vaxtla bağlıdır.

Yollarda baş verən avtomobil qəzalarının səbəblərindən biri də sürücülərin yolda hipnoz olmasıdır. Bunun əsas səbəbi isə sürücülərin sükan arxasında çox vaxt keçirməklərindən qaynaqlanır.

Maraqlıdır, sürücü sükan arxasında neçə saat əyləşə bilər?

Qanunvericilikdə göstərilir ki, sürücü 4 saatdan artıq avtomobil idarə edə bilməz. Bir sıra ölkələrdə isə bu vaxt hətta 2-3 saatdır.

Mütəxəssislər bildirirlər ki, uzaq yol gedən, əsasən də rayonlara səfər edən sürücülərin yol hipnozuna düşməmələri üçün 2-2,5 saat ərzində 15-30 dəqiqə durmaq, hava almaq, gəzmək, çay və ya qəhvə içmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.