Maraqlı

“Avatar: Suyun Yolu” filmi "Oskar" mükafatını qazandı

13 Mart 2023 07:37
Baxış: 1 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ceyms Kemeronun "Avatar: Suyun yolu" (2022) filmi "Ən yaxşı vizual effektlər" kateqoriyasında "Oskar" mükafatını qazanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə 95-ci Amerika Kino Sənətləri və Elmləri Akademiyasının mükafatlandırma mərasimində bildirilib.

Mett Rivzin "Betmen" (The Batman, 2022), Edvard Berqerin "Qərb cəbhəsində sakitlikdir" (Im Westen nichts Neues, 2022), Rayan Kuqlerin "Qara pantera: Vakanda əbədi" (Black Panther: Wakanda Forever, 2022) və Cozef Kosinskinin "Top Qan: Meverik" (Top Gun: Maverick, 2022) filmləri də namizədlər arasında olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.