Maraqlı

Xroniki B hepatiti

3 Yanvar 2023 01:01
Baxış: 1 038
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xroniki B hepatit çox vaxt az simptomlu gedişə malik olur. Diaqnoz əksər hallarda laborator müayinələrin nəticəsinə əsasən retrospektiv qoyulur və ancaq bundan sonra xəstə retrospektiv olaraq xəstəliyin daha erkən təzahürlərini yaşayır. Bu onunla izah olunur ki, xronikləşmə çox vaxt kəskin B viruslu hepatitin yüngül sarılıqla və ya sarılıqsız formalarından sonra başlayır. Xəstələrin əksəriyyətində xroniki B hepatit sarılıqsız keçir. Xəstəlik subfebril qızdırmalarla keçir. Xəstələrin bir hissəsində (qadınlarda) qaraciyər təzahürləri mialgiya, artralgiya, dəri qaşınması aşkar edilir.
Bu zaman xəstələrdə aşağıdakı simptomlar təzahür edir:
- Astenovegetativ sindromlar
* tez yorulma
* zəiflik
* iş qabiliyyətinin azalması
* yuxunun pozulması
* emosional dəyişkənlik
* arıqlama
- Dispeptik sindromlar
* iştahanın itməsi
* ağızda acılıq hissi
- Ağrı sindromu
* sağ qabırğa altında ağrı
* qarının yuxarı hissəsində ağrı
- Qaraciyər sindromu
* sarılıq
* assit
* ensefalopatiya
- Xolestas sindromu
* dəri qaşınması
* bilirubin
* qələvi fosfataza.
Xroniki B hepatitində qaraciyər əlamətləri  (damar ulduzcuqları, ovuc eriteması) xəstəliyin sirroza keçid dövründə meydana çıxır.
Damar ulduzcuqları adətən üz, boyun nahiyəsində, döş qəfəsinin yuxarı hissəsində əmələ gəlir.
Ovuc eriteması ovucun xırda ləkəli simmetrik qızarması ilə xarakterizə olunur.
Sarılıq az olur, çox vaxt skleranın ikteriyası ilə məhdudlaşır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.