Maraqlı

Göz zəifliyinin qarşısını almaq üçün MƏŞQ

25 Dekabr 2021 23:05
0 Şərh     Baxış: 1 263
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müasir dövrdə hər kəs həm televizor, həm də kompüter qarşısında daha çox vaxt keçirir və bu, gözlərin işığının itməsi ilə nəticələnir. Göz məşqi həm çox asan, həm də olduqca faydalıdır. Artıq məşqin 3-cü günündən müsbət nəticə hiss olunur.

Milli.Az aztibb.az-a istinadən bildirir ki, həkim-fitoterapevt Fizuli Hüseynov  belə deyib.

O, qeyd edib ki, göz məşqi zamanı əvvəlcə 20-25 km aralıda yerləşən bir nöqtədə (əşyada) fikri cəmləmək, sonra gözün yarım metrliyində tutulan barmağa diqqət etmək, 40-50 dəfə əvvəl uzaqdakı obyektə, sonra isə barmağa baxmaq lazımdır. Təxminən 15-20 dəfədən sonra barmağı yavaş-yavaş burunun ucuna doğru yaxınlaşdırdıqda, gözlərin gərildiyi hiss ediləcək ki, bu gərilmə də göz əzələsinin akkomodasiyası deməkdir. Yadda saxlamaq lazımdır ki, yaşlandıqca gözdəki pozulma göz əzələsinin elastikliyinin itməsi və gözün gərilməsinin azalması nəticəsində baş verir.

"Bu məşqlə yanaşı, kök, balqabaq və çaytikanı şirəsi içmək, zəli və hicama etdirmək, qaragilə meyvəsi çayı içmək və ya meyvələri yemək gözləri işıqlandırır", - deyə həkim əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.