Hadisə

Avtomobilin hava balonlarında külli miqdarda qanunsuz siqaret aşkarlandı - FOTO

13 Avqust 2021 16:28
0 Şərh     Baxış: 1 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkəyə qanunsuz şəkildə külli miqdarda siqaret keçirilməsinin qarşısı alınıb.

Bu barədə Milli.Az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Scania" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.

Lakin, yoxlama zamanı yük nəqliyyat vasitəsinin hava balonlarının içərisində 10 200 ədəd "Marlboro Touch" markalı siqaret aşkar edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.