Hadisə

Koronavirusa yoluxan Astara sakinləri evi tərk etdilər, istintaq aparılır - FOTO

28 Noyabr 2020 15:36
Baxış: 444

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVİD-19 infeksiyasına yoluxmuş daha 2 nəfər rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, Astara rayonunun Kijəbə qəsəbəsinin sakini V.Babayev və Maşxan kənd sakini F.Babayevaya COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.

Lakin Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar saxlanılaraq yaşadıqları ünvanlara geri qaytarılıblar.

Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Astara RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Qeyd edək ki, bu günə qədər Astarada yaşayış yerini tərk etmiş 5 nəfər COVID-19 xəstəsi barəsində cinayət işi başlanılıb və hazırda istintaqı davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.