Hadisə

Sumqayıt maşın bazarında yanğın olub

13 Fevral 2015 09:21
0 Şərh     Baxış: 1 238
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sumqayıt maşın bazarında ötən gecə güclü yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,  yanğın Bakı-Quba yolunun 32-ci km-də yerləşən, ümumi sahəsi 1600 kv.m olan Sumqayıt maşın bazarının ərazisində baş verib. Nəticədə biri-birinə bitişik tikilmiş avtomobil ehtiyat hissələri satılan mağazaların yanar konstruksiyaları, içərisində olan avtomobil ehtiyat hissələri və dam örtüyü 350 kv.m sahədə yanıb. Ərazidə olan tikililər digər yanğından mühafizə olunub. Yanğın saat 02:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.