Hadisə

Ömürlük məhbus "Yevlaxlı Alik" öldü

17 İyul 2014 19:11
2 Şərh     Baxış: 1 483
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda məhbus ölüb. Hüquq müdafiəçisi Eldar Zeynalovun APA-ya verdiyi məlumata görə, ömürlük azadlıqdan məhrum edilmiş, Penitensiar Xidmətin Qobustan Həbsxanasında saxlanılan Məmmədov Əli Vəli oğlu ("Yevlaxlı Alik") vəfat edib.


Milli.Az bildirir ki, xərçəngdən əziyyət çəkən Ə. Məmmədov Penitensiar Xidmətin Müalicə Müəssisəsində ölüb. Xəbəri Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov APA-ya təsdiq edib. O, qırtlaq xərçəngindən əziyyət çəkən məhbusun iyulun 12-də vəfat etdiyini bildirib.


Qeyd edək ki, 1961-ci il təvəllüdlü Məmmədov Əli Vəli oğlu ("Yevlaxlı Alik") 2001-ci il mayın 18-də həbsə məhkum edilib. Onun adı Nizami Qocayev və digərləri ilə bağlı cinayət işində keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.