Hadisə

Sumqayıtda mebel sexində YANĞIN

30 Mart 2026 11:22
Baxış: 332
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Y.Məmmədov küçəsində yerləşən mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub.

Milli.Az xəbər veirr ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində mebel sexində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 750kv.m olan mebel sexinin yanar konstruksiyaları 70kv.m sahədə yanıb. Sexin böyük hissəsi, içərisində olan mebel və taxta materiallar yanğından mühafizə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.