Samuxda 58 yaşlı kişini elektrik cərəyanı vurub.
Milli.Az xəbər verir ki, ötən gün şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb.
Belə ki, 58 yaşlı C.Vəliyevi iş vaxtı elektrik cərəyanı vurub. O hadisə yerində həyatını itirib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə verilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az





