58 yaşlı kişi faciəvi şəkildə öldü

29 Noyabr 2025 11:03

Samuxda 58 yaşlı kişini elektrik cərəyanı vurub.

Milli.Az xəbər verir ki, ötən gün şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb.

Belə ki, 58 yaşlı C.Vəliyevi iş vaxtı elektrik cərəyanı vurub. O hadisə yerində həyatını itirib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az