Hadisə

Neft quyusunda meyiti tapılan şəxsin kimliyi bilindi

2 May 2024 10:47
Baxış: 910
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Bakının Qaradağ rayonunda neft məhsullarının tullantıları olan quyuda meyiti tapılan şəxsin kimliyi müəyyənləşib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, araşdırmalar nəticəsində ölən şəxsin 1991-ci il təvəllüdlü Emin Sakit oğlu Quliyev olduğu məlum olub. Onun ehtiyatsızlıq səbəbindən quyuya düşdüyü və oradan çıxa bilməyərək vəfat etdiyi ehtimal edilir.

Qeyd edək ki, dünən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə hadisə yerinə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində meyit quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.