Hadisə

Azərbaycan yanğınsöndürənləri Xankəndidəki yanğını söndürdü - VİDEO

26 Sentyabr 2023 20:55
Baxış: 1 439
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğınla müşayiət olunan partlayış hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 15 ədəd xüsusi təyinatlı yanğınsöndürmə avtomobili heyəti ilə birgə yanğının söndürülməsi üçün bu gün Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndi şəhərinə göndərilib.

Azərbaycan yanğınsöndürənləri yanğının qarşısının alınması üçün lazımı tədbirlər görüb.

Görülən tədbirlər nəticəsində yanğın artıq söndürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.