Hadisə

Kürdəmirdə partlayış - Xəsarət alan ər-arvad öldü

26 Sentyabr 2023 11:05
Baxış: 1 594
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün Kürdəmir rayonunda ər və arvadının ölümü ilə nəticələnən partlayış baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, dünən günorta saatlarında rayonun Çöhranlı kəndində 37 yaşlı Vüsal Hətəmxan oğlu Zərbəliyev və arvadı 35 yaşlı Şəbnəm ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Belə ki, onlar vəziyyətləri ağır olduğu üçün Bakıda yerləşən Respublika Yanıq Mərkəzinə göndəriliblər. Lakin az sonra ər və arvadı vəfat edib.

Hazırda rayonun hüquq mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb olunub. Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.