Hadisə

İki şəxsi təyyarə toqquşdu - 5 nəfər öldü

26 Sentyabr 2023 09:30
Baxış: 937
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bazar ertəsi Meksikanın şimalındakı Duranqo ştatında iki şəxsi təyyarənin qəzaya uğraması nəticəsində biri uşaq olmaqla 5 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, qəza Duranqo ştatının qərbindəki La-Qalancita qəsəbəsində kiçik asfaltsız uçuş zolağında baş verib. İki yüngül tipli Cessna təyyarəsi biri havaya qalxarkən, digəri isə yerə enərkən toqquşub.

Toqquşmadan sonra hər iki təyyarə alovlanıb. Qəza nəticəsində beş sərnişinin hamısı həlak olub.

Dövlət orqanları ölümcül qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.