Hadisə

Bakıda zəncirvari qəza baş verib, yaralılar var - FOTO

27 İyul 2023 07:30
Baxış: 997
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Yasamal rayonunda zəncirvari yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, qəza nəticəsində beş avtomobil və bir motosiklet toqquşub.

Hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb. Zəncirvari qəza "Opel", "Kia Rio", "Nissan", "Volkswagen", "Toyota Prado" və motosikletin iştirakı ilə olub. Hadisədə motosikletin və "Volkswagen" markalı minik avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri alıb. Yaralılar təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Qəza nəticəsində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Əraziyə polis əməkdaşları cəlb edilib. Avtomobillərə ciddi ziyan dəyib.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.