Hadisə

Qəbələdə ağır qəza - 16 nəfər xəsarət alıb - VİDEO

26 May 2023 15:16
Baxış: 2 680
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qəbələdə hərəkətdə olan mikroavtobusla minik avtomobili toqquşub.

Daxili İşlər Nazirliyi Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, mayın 26-da saat 12 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində "Ford" markalı mikroavtobusla "Mitsubishi" markalı minik avtomobili toqquşub.

İlkin məlumata görə, ümumilikdə 16 nəfərə yaxın şəxs ilkin tibbi yardım üçün müraciət edib. Onlardan üçü stasionar müalicəyə qəbul edilib və hazırda müalicələri reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.