Fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələdə dağıntılar altından nəşi çixarılan türkiyəli gənclərdən birinin Azərbaycanla bağlılığı ortaya çıxıb.
Milli.Az xəbər verir ki, cansız bədəni beton lövhələrin altından çıxarılan Nazif Abdulmelik oğlu Topra Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin V kurs tələbəsi imiş.
Bu barədə Milli.Az-a universitetdən məlumat verilib.
Məhəmməd Vaqif
Milli.Az