Hadisə

Bakıda qatarın altında qalaraq hissələrə ayrılan qadının kimliyi bilindi

25 Oktyabr 2022 15:52
Baxış: 2 457
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən axşam saatlarında Qaradağ rayonu, Qobustan qəsəbəsində qatarın altında qalaraq vəfat edən qadının şəxsiyyəti müəyyənləşdirilib.

Milli.Az qafqazinfoya istinadən xəbər verir ki, aparılan araşdırmalarla vəfat edən qadının 1967-ci il təvəllüdlü Sahibcanova Məxluqə Soltan qızı olması müəyyən edilib. Onun hansı şəraitdə qatarın altına düşməsi hələlik məlum deyil. Baş vermiş hadisə nəticəsində M.Sahibcanovanın bədəni bir neçə hissəyə bölünüb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.