Texnologiya

Ağıllı ev nədir?

15 Yanvar 2017 21:16
0 Şərh     Baxış: 6 035
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Evdə təhlükəsizlik, komfort və qənaət hər kəsin ən vacib tələbatıdır. Elə bu səbəbdən son 20 ildə bütün dünyada ağıllı evlər kimi adlandırılan layihələrə üstünlük verilir. Təsəvvür edin, sadəcə bir düyməyə basmaqla evinizi kənardan idarə edirsiniz. Fantastik səslənən bu texnalogiya ölkəmizdə də son vaxtlar geniş yayılıb. Ağıllı ev nədir? Onun tətbiqi nə qədər pul aparır? Növbəti süjetimizdən öyrənəcəksiniz.

Ağıllı ev. Son 20 ildə populyarlaşan belə mənzillərdən Azərbaycanda da istifadə edilməyə başlanıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,  ağıllı ev düyməsini bas, hər şey işləsin. Ağıllı Ev sistemləri, evinizin və ofinizin mobil telefon və planşet vasitəsi ilə idarə olunmasıdır. Bu idarəetmə sisteminə ev əyləncə sisteminin quraşdırılması, otaq bitkilərinin və bağçanin suvarılması, ev heyvanlarının qidalandırılması, ətrafın hər hansı bir tədbir, şam yeməyi və yaxud əyləncə üçün dəyişdirilməsi, ev robotlarının işə salınması daxildir.

Avtomatlaşdırma və proqramlaşdırma sahəsindəki texnologiyaların inkişafı nəticəsində Ağıllı Ev dəbdəbə rəmzi yox, böyük əminliklə əmlakın sahibinə öz yaşayış yerinin təhlükəsizliyini və rahatlığını təmin etmək, həmçinin onun gündəlik xərclərinin azaltmaq imkanı yaradan bir zəruriyyətdir.

Evdəki bütün elektrik avadanlıqlarının avtomatlaşdıra bilər və mərkəzləşmiş idarəetmə sisteminə daxil edə bilərsiniz.Rahatlığınızı və təhlükəsizliyinizi artırmaq üçün ssenarilər yazabilərsiniz və istədiyiz vaxtda, istədiyiniz prosesi başladabilərsiniz.

Hazırda ölkədə ağıllı ev sistemlərini quraşdıra bilən bir neçə şirkət fəaliyyət göstərir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.