Texnologiya

Ailə TV-nin yayımında problemlər yaranıb - YENİLƏNİB

9 Aprel 2014 00:16
6 Şərh     Baxış: 3 289
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
09.04.2014
00:16

Ailə TV-dən Milli.Az-a müraciət daxil olub.

Müraciətdə deyilir:

"Ailə TV Kabel Televiziyası şəbəkəsinin yeni stansiyasının işə salınması istiqamətində görülən işlərin bir hissəsi başa çatıb. Hal-hazırda analoq rejimdə kanalların yayımı bərpa olunub. Yaxın zamanda yeni rəqəmsal yayım da bərpa olunacaq. Müvəqqəti narahatlığa görə üzr istəyirik".

----------------
08.04.2014
23:11


Ailə TV-nin yayımında yaranan problemlərin səbəbi bəlli olub.

Kabel televiziyası operatorundan Milli.Az-a bildiriblər ki, kanalların sayının artırılması və yeni sistemə kecid ilə əlaqədar profilaktik işlər aparılır.

Yayımın dayandırılacağı ilə əlaqədar əvvəlcədən abonentlərə məlumat verildiyini də bildiriblər.

---------
20:18

Ailə TV kabel televiziyasının yayımında problemlər yaranıb.

Televiziyanın abunəçilərindən Milli.Az-a daxil olan məlumata görə, yayım heç bir xəbərdarlıq edilmədən, qəfil kəsilib.

Səbəbini aydınlaşdırmaq üçün şirkətin müştəri xidməti ilə əlaqə saxlamaq imkanlarımız boşa çıxıb. Belə ki, müştəri xidməti kimi fəaliyyət göstərən nömrəyə düşmək mümkün deyil.

Milli.Az
 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.