Azərbaycanın mobil rabitə operatorları gələcəkdə ödəniş təşkilatları qismində işləyə biləcəklər. Bunu Trend-ə Azərbaycan Mərkəzi Bankından (AMB) deyiblər.
AMB-nin nümayəndəsi bildirib ki, ölkədə nağdsız ödənişlərin inkişafı məsələsi bu istiqamətdə müxtəlif layihələr həyata keçirən Mərkəzi Bankın diqqət mərkəzindədir: "Avropa Parlamenti və Aİ-nin bu xidmətlər və elektron pullar sahəsində müvafiq direktivləri, həmçinin inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələri nəzərə alınmaqla işlənilən "Ödəniş xidmətləri haqqında" qanun layihəsinin hazırlanması növbəti belə addım oldu".
Nümayəndənin sözlərinə görə, sənəd, eyni zamanda, mobil rabitə operatorlarına ödəniş xidmətlərini göstərmək imkanını nəzərdə tutur: "Operatorlar digər ödəniş təşkilatları ilə bərabər səviyyədə belə xidmətlər göstərə biləcəklər. Lakin Mərkəzi Bankdan müvafiq lisenziya almaq şərtdir.
AMB-dən qeyd ediblər ki, bu qanunun qəbul edilməsi ödəniş xidmətləri bazarına yeni oyunçuları cəlb edəcək: "Mobil operatorların bu bazara çıxması ödəniş xidmətləri tədarükçüləri arasında rəqabəti artıracaq, həmçinin kiçik tranzaksiyaları bu ödəniş formasına cəlb etmək yolu ilə nağdsız ödənişlərin tətbiqi sahəsini genişləndirməyə imkan verəcək".
"Azercell"dən Trend-ə bildiriblər ki, hazırda şirkət "MTS-Bank" kimi bənzər layihənin tətbiqini planlaşdırmır: "Gələcəkdə mövcud konsepsiya nəzərdən keçirilə bilər".
Milli.Az
Texnologiya
Mərkəzi Bankdan yerli mobil rabitə operatorları ilə bağlı maraqlı açıqlama
6 Aprel 2014 09:38
Baxış: 1 713
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Qriqorçuk Azərbaycandan nə ilə gedir?
- Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən şəxslər yenidən məhkəmə qarşısında - FOTO
- Əxlaqsız videosu yayılan qadın hakim klubdan qovuldu - FOTOları
- Aparıcı Fərid Rəsul: "Bir də gözümü açdım ki, Xırdalanda 13-cü mərtəbədə ev almışam""
- Azərbaycan Fransanı bu siyahıdan çıxardı
- BŞİH-də müşavirə - Nöqsanlar tənqid edildi
- Əhməddən yeni xəbər var
- Azərbaycan nefti bahalaşdı
- Keçmiş məcburi köçkünlərin Bakıda yaşadığı evlər geri qaytarılır - Proses başlayıb
- “Bayer”in rekordu, “Real”ın üstünlüyü
- Bayden fövqəladə vəziyyət elan etdi
- Şəhadətindən 4 il ötür
- Əqrəb sancmasından ölən müəllimin FOTOları
- Bakıda Təhsilin İnkişafı Forumu keçirilir
- Kamilənin toyunda kimlər var idi? - FOTOlar
- Minik avtomobilləri avtobus zolaqlarından istifadə edə bilərlər - VİDEO
- Putinin ad gününü belə təbrik etdilər - VİDEO
- Stress və maliyyə itkiləri: Oktyabrda problemlə üzləşəcək BÜRCLƏR
- Məşhur müğənniyə ağır itki - FOTO
- 41 yaşlı idmançı yarış zamanı öldü
- İlhamə özünə dəbdəbəli ad günü etdi - məşhurlar axışdı - VİDEO
- "Neftçi"nin yeni baş məşqçi kim olacaq? - 4 namizəd
- Rektor "Yüksəliş"in finalçısına vəzifə verdi
- Bakıda IV “Qələbə qaçışı” təşkil ediləcək