Texnologiya

Twitter-in vitse-prezidenti erməni imiş

5 Aprel 2014 20:56
0 Şərh     Baxış: 1 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Twitter-dən əvvəl Raffi Krikoryan WattzOn platformasının həmtəsisçisi, konsaltinq şirkətinin rəhbəri olub

Dünya Twitter-in vitse prezidenti, mənşəcə erməni olan Raffi Krikoryan aprel ayının ikinci yarısında İrəvana gələcək.

Milli.Az anspress-ə istinadən bildirir ki, bu haqda erməni mətbuatı xəbər verib.

Bir həftəlik Ermənistana səfəri zamanı Krikoryanın proqramlaşdırma üzrə iki seminar keçirməsi və informasiya texnologiyaları nümayəndələrilə görüşləri nəzərdə tutulub. Krikoryanın hökümət üzvləri ilə də göruşu olacaq.

Qeyd edək ki, Twitter-in vitse prezidenti olan Raffi Krikoryan burada infrastuktur sisteminə başçılıq edir.

Krikoryan və onun komandası Twitter-də baza sisteminə, server qruplarına və proqramların qeydiyatına nəzarətlə məşğuldur.

Twitter-dən əvvəl Krikoryan WattzOn platformasının həmtəsisçisi, konsaltinq şirkətinin rəhbəri olub, həmçinin Nyu-York Universitetində muəllim işləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.