Texnologiya

X”də YENİLİK: Neyroşəbəkə funksiyası istifadəyə verildi

9 Aprel 2024 01:45
Baxış: 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milyarder İlon Maska məxsus "X" sosial şəbəkəsində ödənişli "Premium+" abunəsi olan istifadəçilər "Grok" "chatbot"undan istifadə edə biləcəklər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə məlumat şirkətin rəsmi saytında yer alıb.

"Grok", böyük dil modelinə əsaslanaraq "xAI" tərəfindən hazırlanmış generativ süni intellekt "chatbot"udur. Bu "chatbot" Maskın təşəbbüsü ilə "OpenAI"nin "ChatGPT"sinə cavab olaraq yaradılıb.

Əvvəlcə o, ayda 16 dollara başa gələn "Premium+" abunəçiləri üçün əlçatan olub. 

Qeyd olunub ki, Mask bu xidmətin "OpenAI"nin "ChatGPT"si və ya "Google"un "Gemini"si kimi daha çox insan üçün əlçatan olmasını istəyir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.